Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasında yarışlara aprelin 30-u tarixi torpağımız Suqovuşanda start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, saat 11:00-dan etibarən Avropa, Asiya və Afrikanın 20-dən artıq ölkəsindən 200-dən çox idmançının mübarizə aparacağı reqatanın rəsmi açılış mərasimi keçiriləcək.
Rəsmi hissədən sonra su üzərində şoular və avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq.
Daha sonra idmançılar 200 metr məsafədə ilk medallar uğrunda mübarizə aparacaqlar.
Suqovuşan sakinləri bu mötəbər yarışa dəvətlidir!