İspaniya və "Barselona" klubunun keçmiş qapıçısı Viktor Valdes dörd illik fasilədən sonra peşəkar futbola qayıdıb.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, o, məşqçilik karyerasına yenidən start verib.
Valdes İspaniyanın IV liqasında çıxış edən "Real Avila" klubunun baş məşqçisi təyin olunub.
43 yaşlı mütəxəssis yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Viktor Valdesin son məşqçilik təcrübəsi 2020/21 mövsümündə rəhbərlik etdiyi "Hurta" klubuna aiddir. O, daha öncə də "Barselona"nın akademiyasında çalışıb və gənc futbolçuların yetişdirilməsində iştirak edib.