• Bakı 18° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Məşhur qapıçı siqaret çəkməsi haqda - “Xahiş edirəm, məni təkrarlamayın”

İDMAN

25 Aprel 2025 | 10:35

Məşhur qapıçı siqaret çəkməsi haqda - “Xahiş edirəm, məni təkrarlamayın”

“Barselona”nın qapıçısı Voyçex Şensnı siqaret çəkməyi tövsiyə etmir.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında pis vərdişindən də söz açan polşalı qolkiper bunları qeyd edib:

“Oyunun elə məqamları var ki, məncə, bu baxımdan gənclərə və ümumiyyətlə, komanda yoldaşlarıma mükəmməl nümunə ola bilərəm. Siqaret çəkməyə gəlincə, xahiş edirəm, məni təkrarlamayın, bunu etməyin. Gənclik illərimdə bu pis vərdiş yaranıb və mənə pis təsir etdiyini bilirəm. Bu, uduzduğum bir döyüşdür. Ona görə də, məni təkrarlamayın”.


SON XƏBƏRLƏR