Mauritsio Poçettino yenidən İngiltərənin "Tottenhem" klubunun baş məşqçi postuna namizəddir.
Bakıvaxtı.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu UEFA Avropa Liqasının qalibi olsa belə, hazırkı baş məşqçisi Angelos Postekoqlu mövsümün sonunda istefaya göndəriləcək.
Baş məşqçi postuna əsas namizədlərdən birinin məhz Poçettino olduğu bildirilir. İtaliyalı mütəxəssis 2014-2019-cu illərdə komandanı çalışdırıb.
Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 33 turdan sonra 37 xalla 16-cı yerdədir.