• Bakı 11° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanın U-17 millisi də Belarusa məğlub oldu

İDMAN

26 Mart 2025 | 16:39

Azərbaycanın U-17 millisi də Belarusa məğlub oldu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi yoxlama görüşündə məğlub olub.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Minskdə təlim-məşq toplanışında olan Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.


SON XƏBƏRLƏR

28 Mart 2025