Türkiyə Super Liqasının 29-cu turunda baş tutacaq "Beşiktaş" - "Qalatasaray" matçının təyinatları açıqlanıb.
Bakıvaxtı.az Türkiyə Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, derbini Yasin Kol idarə edəcək.
Ona, yan xətt hakimləri Abdullah Bora Özkara və Samet Çiçek kömək edəcək. Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.
Qeyd edək ki, görüş martın 29-da İstanbuldakı "Beşiktaş Park" stadionunda təşkil olunacaq.