Oyuna yaxşı nəzarət etdik.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Belarus millisinin baş məşqçisi Karlos Allos Azərbaycan yığması ilə yoxlama görüşündən sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyuna nəzarəti əllərində saxladıqlarını bildirib:
"Komandamı təbrik edirəm. Oyuna yaxşı nəzarət etdik. Azərbaycanla oyun daha çətin keçdi".
O, Azərbaycan yığmasının dünya çempionatındakı şanslarını dəyərləndirib:
"Azərbaycan və Belarus kimi komandaların dünya çempionatına vəsiqə qazanmaq şansları hər zaman var. İnanıram ki yığmanızın baş məşqçisi öz işini görəcək".
Qeyd edək ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutan Azərbaycan – Belarus matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.