• Bakı 16° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

"Azərreyl" Azərbaycan Yüksək Liqasının qalibi oldu

İDMAN

24 Aprel 2025 | 17:32

Azərreyl Azərbaycan Yüksək Liqasının qalibi oldu

"Azərreyl" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, komanda finalın ikinci görüşündə "Abşeron"la üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma "Azərreyl"in 3:0 (28:26, 30:28, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.

Finalın ilk matçı "Abşeron"un eyni hesabla üstünlüyü ilə bitdiyindən tərəflər qalibi "qızıl set"də müəyyənləşdirməli olublar. Həlledici setdə daha dəqiq oynayan (15:12) "Azərreyl" qızıl medallara yiyələnib.


SON XƏBƏRLƏR