• Bakı 16° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Azərbaycanın daha bir cüdoçusu bürünc medal QAZANDI

İDMAN

24 Aprel 2025 | 19:17

Azərbaycanın daha bir cüdoçusu bürünc medal QAZANDI

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinalda məğlub olan Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda görüşdə Daniel Zeqedini (Macarıstan) üstələyib.

Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ikinci mükafat olub.

Ötən gün təmsilçilərimiz arasında Əhməd Yusifov (60 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq


SON XƏBƏRLƏR