Futbol üzrə Rusiya milli komandası İranla yoldaşlıq oyunu keçirəcək.
Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac İSNA agentliyinə açıqlamasında deyib.
"İran milli komandası futbolçuları dünya çempionatına hazırlamaq üçün oktyabrın 6-da Rusiya ilə yoldaşlıq oyunu keçirəcək. Bundan əvvəl İran yığması 2026-cı il dünya çempionatına vəsiqə qazanmışdı. Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək", - deyə o qeyd edib.
Rusiya və İran milliləri sonuncu dəfə 2023-cü ilin martında meydanda üz-üzə gəliblər.Yoldaşlıq görüşü Tehranda baş tutub və 1 :1 hesablı heç-heçə ilə yekunlaşıb.