UEFA-nın keçmiş prezidenti Mişel Platini dələduzluq işi ilə bağlı bəraət almasından danışıb.
Bakıvaxtı.az xəbər verir ki, Platini ilə yanaşı FİFA-nın keçmiş prezidenti Yozef Blatter də bəraət alıb.
Platini bu dələduzluq işinin onun FİFA prezidenti seçilməsinə mane olmaq üçün açıldığını iddia edib: “Mənim şərəfim bərpa olundu. FİFA ilə bəzi İsveçrə federal prokurorları arasında son 10 ildə davam edən döyüş sona çatıb.
Ətrafımda heç kim mənim günahkar olduğuma inanmırdı. Bilirəm ki, bu iş mənim FİFA prezidenti olmağıma mane olmaq üçün açılıb. Bilirəm ki, düşmənlərim üçün vaxt önəmli idi, 2 milyona əhəmiyyət vermirlər. Məni 10 il işdən uzaqlaşdırdıla".
Xatırladaq ki, 2021-ci ilin noyabrında Blatter və Platini dələduzluq, vəsaitlərin mənimsənilməsi, cinayətkarlıq və sənədlərin saxtalaşdırılmasında ittiham olunublar. Araşdırmaya FİFA büdcəsindən UEFA-ya 2,3 milyon dollar ödənilməsi səbəb olub. Eyni zamanda prokurorluq Blatter və Platininin 1 il 8 ay şərti cəzaya məhkum edilməsini istəyib.
Zepp Blatter və Mişel Platini hər hansı qanun pozuntusunu rədd edərək, məsləhətçi xidmətləri üçün məbləği ödəmək üçün əvvəlcədən razılaşdıqlarını iddia ediblər./Qol.az