• Bakı C

    18.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

"Milan" üç aparıcı futbolçusunu satmağa hazırdır

İDMAN

24 Fevral 2025 | 17:55

Milan üç aparıcı futbolçusunu satmağa hazırdır

İtaliyanın "Milan" klubu cari mövsümün sonunda zəif nəticələr fonunda heyətdə köklü dəyişikliklər edə bilər.

Bakıvaxtı.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "rossonyeri" rəhbərliyi hətta 3 ulduz futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə belə hazırdır.

Bunlar qapıçı Mayk Menyan, cinah müdafiəçisi Teo Ernandes və hücumçu Rafael Leaudur.

Menyan və Ernandesin müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. Qolkiper sözləşmənin yenilənməsi üçün razılığa da gəlib. Lakin bu, onun komandada uzun müddət qalacağına zəmanət vermir. Ernandesin taleyi isə qeyri-müəyyəndir. Klub qışda onu "Komo"ya 50 milyon avroya satmaq istəsə də, futbolçu getmək istəməyib. "Milan" yay transfer dönəmində onun satışından pul qazanmaq niyyətindədir.

Leaunun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. Buna baxmayaraq, A Seriyası təmsilçisi portuqaliyalı forvard üçün də danışıqlara hazırdır.


SON XƏBƏRLƏR

15 Aprel 2025