• Bakı C

    6.25 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Salah "Əl-Hilal"a keçəcək, ya yox?

İDMAN

25 Mart 2025 | 23:11

Salah Əl-Hilala keçəcək, ya yox?

"Liverpul"un hücumçusu Məhəmməd Salah qarşıdan gələn yay "Əl-Hilal"a (Səudiyyə Ərəbistanı) keçməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

32 yaşlı futbolçunun transferinin baş tutmamasının bir neçə səbəbi var. Əvvəla, Səudiyyə Ərəbistanı təmsilçisində bu işə bədbinlik var. Əvvəldən keçidin arxasında duran əsas müzakirəçilər hazırda yeni və ya aktiv danışıqlarla məşğul deyillər. Digər məsələ isə budur ki, “Liverpul” rəhbərliyi Salahı sağlaya biləcəklərinə inanır. 

Xatırladaq ki, bu ilin əvvəlində insayderlər "Əl-Hilal"ın Məhəmməd Salah üçün böyük təklif hazırladığı və futbolçunun transferə müsbət yanaşdığı haqda xəbərlər yaymışdılar.

Salah cari mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 32 qol vurub və 22 məhsuldar ötürmə verib./Qol.az


SON XƏBƏRLƏR

25 Mart 2025