• Bakı C

    6.25 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Məşhur futbolçu karyerasını başa vurur

İDMAN

26 Mart 2025 | 00:02

Məşhur futbolçu karyerasını başa vurur

"Anderlext"in formasını geyinən məşhur futbolçu Yan Vertongen mövsümün sonunda peşəkar karyerasını bitirmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 37 yaşlı müdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib. O deyib: 

"Son həftələr davam etmək və ya bitirmək barədə çox düşünürdüm. Mənə aydın oldu ki, bu, karyeramın son oyunları olacaq.  Asan qərar deyil, amma düzgün qərardır".

Vertongen 2024-cü il Avropa çempionatından sonra Belçika millisindəki karyerasını başa vurub. O, cari mövsüm “Anderlext”in heyətində bütün yarışlarda 4 oyun keçirib. Vertongenin klubla müqaviləsi yaya qədərdir. Futbolçu daha əvvəl "Tottenhem", "Ayaks" və "Benfika"da da oynayıb./qol.az


SON XƏBƏRLƏR

25 Mart 2025