• Bakı 12° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

İstanbul derbisində qalib müəyyənləşmədi

İDMAN

24 Fevral 2025 | 23:07 | Müəllif: Subhan Mahmudov

İstanbul derbisində qalib müəyyənləşmədi

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib. 

Türkiyə futbolunda hakimlərlə bağlı yaşanan davamlı problemlərə gərə qarşılaşmanı əcnəbi fit sahibi - sloveniyalı referi Slavko Vinçiç idarə edib. “Rams Park”da oynanılan görüşdə qapılara qol vurulmayıb.

Komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb. 

Bu nəticədən sonra turnir cədvəlinə 64 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbaxça” isə 58 xalla 2-cidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026