Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində ilk matçını keçirib.
Bakıvaxtı.az xəbər verir ki, VII qrupda yer alan İlqar Aslanovun komandası Bosniya və Herseqovina ilə üz-üzə gəlib.
Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan görüş rəqibin 10:2 hesablı qələbəsi ilə nəticələnib.
Bosniya və Herseqovinanın heyətində Bekir Arnaut (3), Ammar Hodziç (2), Oqnyen Markoviç (2), Emir Mustafiç, Kenan Hrştiç, Kenan Azabagiç fərqlənib.
Azərbaycan yığmasının qollarını Ədalət Ələkbərov, Bəyoğlan Əlizadə vurub.
Qeyd edək ki, U-19 növbəti matçını sabah, Xorvatiya millisinə qarşı keçirəcək.