• Bakı 11° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Baş məşqçi: Kobud səhvlər etdik, rəqib də bundan maksimum faydalandı

İDMAN

26 Mart 2025 | 21:36

Baş məşqçi: Kobud səhvlər etdik, rəqib də bundan maksimum faydalandı

"Kobud səhvlər etdik, rəqib də bundan maksimum faydalandı".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina ilə oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib:

Mütəxəssis rəqibin taktiki, texniki və fiziki baxımdan daha hazırlıqlı olduğunu deyib:

“Rəqibimiz güclü komandadır. Həm də kifayət qədər təcrübəlidirlər. Taktiki, texniki və fiziki baxımdan hazırlıqlı idilər. Qrupumuzda birinci yer uğrunda mübarizə aparacaq əsas komandalardandır. Oyunumuz da alınmadı, uşaqlar sanki start həyəcanını boğa bilmədilər. Nəticədə hesab erkən açıldı. Kobud səhvlər etdik və onlar da bundan maksimum faydalandılar.

İ.Aslanov komandanın tapşırıqları yerinə yetirə bilmədiyini söyləyib:

Onların ilk saniyədən pressinq edəcəklərini demişdik. Ümumiyyətlə, necə oynayacaqlarını başa salmışdıq. Hətta oyunlarını da izləmişdik. Amma komandam deyiləni edə bilmədi. Bir tərəfdən qınamıram, çünki bu səviyyəli oyunlarda iştirak etməyiblər. Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq. Dediklərimizi bu gün meydanda gördülər. Yəqin kii, bundan nəticə çıxaracaqlar”.

Qeyd edək ki, Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan Bosniya və Herseqovina - Azərbaycan matçı birincilərin 10:2 hesablı qələbəsi ilə nəticələnib.


SON XƏBƏRLƏR