• Bakı 11° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

TalkSport: “Nyukasl”ın İsakı “Liverpul”un transfer hədəfindədir

İDMAN

26 Mart 2025 | 20:20

TalkSport: “Nyukasl”ın İsakı “Liverpul”un transfer hədəfindədir

“Liverpul” futbol klubu “Nyukasl”ın isveçli hücumçusu Aleksander İsakı yay üçün əsas transfer hədəfi kimi nəzərdən keçirir.

Bakıvaxt.az xəbər verir ki, bu barədə insayder Aleks Krukun “TalkSport”da dərc olunmuş məqaləsində bildirilib.

Onun sözlərinə görə, “Liverpul” İsak üçün ciddi təklif hazırlayır. İsveçli forvard, hətta bu il 33 yaşı tamam olacaq Məhəmməd Salah komandada qalsa belə, “qırmızılar”ın prioritet hədəfləri siyahısına daxildir.

Mersisayd təmsilçisinin uruqvaylı hücumçusu Darvin Nunyeslə mümkün mübadilə haqqında şayiələrə baxmayaraq, bu variant az ehtimal edilir. Lakin “Liverpul” razılaşma çərçivəsində başqa oyunçular təklif edə bilər. Belə ki, keçmişdə “Nyukasl” müdafiəçi Co Qomesə maraq göstərib, daha əvvəl isə “Liverpul” 24 yaşlı Entoni Qordon üzrə danışıqlarda digər müdafiəçi Carrel Kvansı təklif edib.

“Nyukasl” rəhbərliyi mövsümsonu İsakla yeni müqavilə müzakirə etmək niyyətində olsa da, hücumçuya tələbatın böyük olacağını anlayır. Eyni zamanda, klub yayda azad agent olacaq Conatan Devidin (“Lill”) imzalanması üzrə danışıqlar aparır, lakin kanadalı üçün rəqabət yüksək olacaq – “sağsağanlar” Devid uğrunda “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Vest Hem”lə mübarizə aparmalı ola bilər.

Qeyd edək ki, 2022-ci ildən “Nyukasl”da top qovan İsak Premyer Liqada 77 matçda 50 qola imza atıb.


SON XƏBƏRLƏR