• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Qarabağ"ın sabiq oyunçusu PAOK-a keçə bilər

İDMAN

24 Fevral 2025 | 19:57 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın sabiq oyunçusu PAOK-a keçə bilər

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq Yunanıstanın "Panserraikos" komandasına keçən gürcüstanlı qapıçı Luka Quqeşaşvili klubunu dəyişə bilər.

Bakıvaxtı.az xəbər verir ki, 25 yaşlı qolkiperlə ölkənin köklü və iddialı klublarından biri olan PAOK yaxından maraqlanır.

Quqeşaşvilinin meneceri ilə danışıqlara start verən Saloniki təmsilçisi onu yayda heyətinə qatmağı planlaşdırır. "Panserraikos"un təcrübəli oyunçu üçün tələb etdiyi təzminat məbləği hələlik bəlli deyil. Lakin klubun 2026-cı ilədək müqaviləsi olan qapıçını asanlıqla buraxmayacağı gözlənilir.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR