• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Qvardiola "Siti"nin problemlərini AÇIQLADI

İDMAN

25 Yanvar 2025 | 20:10

Qvardiola Sitinin problemlərini AÇIQLADI

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola futbolçularının oyunlardakı problemlərindən danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, rəqiblərin fiziki cəhətdən "Mançester Siti"dən güclü olduğunu deyib:

"Rəqiblərimiz fiziki cəhətdən bizdən güclüdür. "Briyton", "Bournemouth" - bütün komandalar fiziki cəhətdən bizdən üstündür. Müxtəlif səbəblərdən ən sərt, ən sürətli və ən güclü oyunçularla yollarımız ayrıldığı üçün topla oynamaqda əvvəlki səviyyəyə qayıtmalıyıq".

"Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində beşinci yerdədir. Komanda 22 oyunda 38 xal toplayıb. Növbəti oyun bu gün "Çelsi" ilə baş tutacaq. /lent.az


SON XƏBƏRLƏR

04 Fevral 2025