• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

“Qalatasaray” öz meydanında çətin qələbə qazandı

İDMAN

25 Yanvar 2025 | 23:38

“Qalatasaray” öz meydanında çətin qələbə qazandı

Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Konyaspor"la qarşılaşıb. Görüşdə hesabı Viktor Osimhen açıb. Nigeriyalı forvard penaltini dəqiq yerinə yetirib.

"Sarı-qırmızılılar"ın yeni transferi Ahmet Kutucu da bu matçda debüt edib. O, sarı vərəqə ilə cəzalandırılıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qalatasaray" bu qalibiyyətlə xallarının sayını 54-ə çatdıraraq, liderliyini davam etdirir.

Türkiyə Super Liqası
XXI tur
14:30. "Sivasspor" - "Kayserispor" - 5:2
17:00. "Alanyaspor" - "Başakşəhər" - 5:4
20:00. "Qalatasaray" - "Konyaspor" - 1:0


SON XƏBƏRLƏR

04 Fevral 2025