• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

"Səbail" "Kəpəz"i məğlub etdi

İDMAN

25 Yanvar 2025 | 18:12

Səbail Kəpəzi məğlub etdi

Misli Premyer Liqasının XX turunda “Səbail” evdə “Kəpəz”i məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, "ASCO Arena"da keçirlən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Bu qələbədən sonra xallarının sayını 15-ə yüksəldən Bakı komandası turnir cədvəlində 9-cu pilləyə yüksəlib. 14 xala malik “Kəpəz” isə yenidən sonuncu - 10-cu yerə düşüb.

Qeyd edək ki, XX turun ötən gün Şamaxıda baş tutan "Şamaxı" - "Zirə" matçında qonaqlar 2:1 hesablı qələbə qazanıb. Tura sabah "Araz-Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq.


SON XƏBƏRLƏR

04 Fevral 2025