• Bakı 24° C

    5.8 m/s

Bu gün İstanbul derbisi keçiriləcək

İDMAN

24 Fevral 2025 | 09:45

Bu gün İstanbul derbisi keçiriləcək

Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, XXIV turda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək.

Qarşılaşma "Rams Park"da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Komandalar Superliqa tarixində 135 dəfə üz-üzə gəliblər. Bunların 53-də qonaqlar, 38-də "sarı-qrımızılar" qalib gəlib, 44 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, "Qalatasaray" 63 xalla liderdir. "Fənərbağça" 57 xalla ikinci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026