• Bakı C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Məşhur UFC çempionu həbs olundu

İDMAN

25 Mart 2025 | 19:00

Məşhur UFC çempionu həbs olundu

Amerikalı UFC çempionu Keyn Velaskes Santa-Klara məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az bildirir ki, hökm 2022-ci ildə baş verən bir hadisədə 42 yaşlı idmançının adam öldürməyə cəhd və odlu silahdan qanunsuz istifadə etdiyinə görə çıxarılıb.

Daha əvvəl prokurorluq tərəfindən idmançının ən azı 30 il və ya ömürlük həbsi tələb olunmuşdu.

Qeyd edək ki, 2022-ci ilin fevralında K.Velaskes oğluna cinsi təcavüz etməsindən şübhələndiyi şəxsin avtomobilinə atəş açdıqdan sonra həbs olunmuşdu. Atışma nəticəsində bir nəfər yaralanmışdı. 


SON XƏBƏRLƏR

25 Mart 2025