• Bakı C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

58 yaşlı kişini həkim DÖYDÜ

CƏMİYYƏT

27 Dekabr 2024 | 20:48

58 yaşlı kişini həkim DÖYDÜ

Cəlilabadda həkim xəstəni döyüb.

Bakıvaxtı.az bildirir ki, hadisə Cəlilabad rayon mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov, 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.

Nəvələrdən birinin səhhəti ağırlaşıdğını görən baba, Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsilik kameralarına da düşüb.

Fakt araşdırılır. /Apa


SON XƏBƏRLƏR