• Bakı C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibi təsdiqlənəcək

SİYASƏT

27 Dekabr 2024 | 16:12

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibi təsdiqlənəcək

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” məsələdə əksini tapıb.

    Layihəyə əsasən, Toponimiya Komissiyasının yeni tərkibi aşağıdakı kimi olacaq:

    Akimova Elnarə Seydulla qızı - Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru;

    Cəfərov Nizami Qulu oğlu - Azərbaycan Atatürk Mərkəzinin müdiri, akademik;

    Ələkbərov Əziz Yusif oğlu - Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru;

    Həbibbəyli İsa Əkbər oğlu - AMEA-nın prezidenti, akademik;

    Hüseynova Mahirə Nağı qızı - Azərbaycan Dövlət Universitetinin prorektoru, filologiya elmləri doktoru;

    İsgəndərov Anar Camal oğlu - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor;

    İsmayılov Elçin Mirhüseyin oğlu - AMEA-nınNəsimi adına Dilçilik İnstitutunun Toponomika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;

    Quliyev Musa İsa oğlu - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru;

    Məmmədov Hikmət Baba oğlu - Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor;

    Nağısoylu Möhsün Zellabdin oğlu - AMEA-nın müşaviri, akademik;

    Rüstəmxanlı Sabir Xudu oğlu - Xalq şairi, filologiya üzrə elmlər namizədi;

    İsgəndərov Cavid Nizami oğlu - Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri;

    Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə həvalə olunur.

    Toponimiya Komissiyasının hazırki tərkibi aşağıdakı kimidir:

    Adı və soyadı

    -

    Vəzifəsi

    Həbibbəyli İsa Əkbər oğlu

    Sədr

    AMEA-nın prezidenti, akademik

    Fətəliyeva Sevinc Həbib qızı

    Sədr müavini

    Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru

    İsgəndərov Cavid Nizami oğlu

    Katib

    Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri

    Nağısoylu Möhsün Zellabdin oğlu

    Üzv

    AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

    Cəfərov Nizami Qulu oğlu

    --

    Akademik

    İmanlı Akif Kazım oğlu

    --

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor

    Quliyev Musa İsa oğlu

    --

    Milli Məclisinin deputatı, tibb üzrə fəlsəfə doktoru

    Məmmədov Hikmət Baba oğlu

    --

    Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

    Ələkbərov Əziz Yusif oğlu

    --

    Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru

    Rüstəmxanlı Sabir Xudu oğlu

    --

    Filologiya üzrə elmlər namizədi

    Abbasova Mahirə Həsrət qızı

    --

    AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru

    Abışov Elşad Çərəfxan oğlu

    --

    AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Beləliklə, Sevinc Fətəliyeva, Akif İmanlı və Mahirə Abbasova Komissiyanın tərkibindən çıxarılır. Elnarə Akimova, Hüseynova Mahirə, Anar İsgəndərov, Elçin İsmayılov Komissiyanın tərkibinə daxil edilir.

    ***

    12:33

    Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibi təsdiqlənəcək.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.


    SON XƏBƏRLƏR

    27 Dekabr 2024