• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

İlham Əliyev Avstraliya General-Qubernatorunu təbrik etdi

SİYASƏT

26 Yanvar 2025 | 11:30

İlham Əliyev Avstraliya General-Qubernatorunu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib.

Bakıvaxtı.az təbrikin mətnini təqdim edir:

“Hörmətli xanım General-Qubernator.

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.


SON XƏBƏRLƏR

04 Fevral 2025