• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

 Zatulin öz maraqları üçün çalışır, erməni diasporu isə... - AÇIQLAMA

SİYASƏT

25 Yanvar 2025 | 12:18

 Zatulin öz maraqları üçün çalışır, erməni diasporu isə... - AÇIQLAMA

“Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə də öz ermənipərəst mövqeyi ilə diqqət çəkir.”

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Onun sözlərinə görə, Zatulin İkinci Qarabağ müharibəsi zamanı etdiyi çıxışlar və Qarabağa qanunsuz səfərləri ilə yadda qalıb. Deputat daim Qarabağın separatçı rəhbərləri ilə əlaqələr saxlayıb və bu münasibətlərdən iqtisadi mənfəət əldə edib.

Arzu Nağıyev qeyd edib ki, Zatulin Soçidən seçildiyinə görə ermənilərin maraqlarını müdafiə edir:

 “Bu ərazidə ermənilərin çoxluğu və xüsusi xidmət orqanlarının təsiri nəzərə alınarsa, onun ermənipərəst mövqe sərgiləməsi təəccüblü deyil. Vaxtilə Qarabağda separatizmi dəstəkləyən şəxslərin yardımı ilə iqtisadi mənfəət əldə edən Zatulin kimi insanlar talan edilmiş əraziləri və həmin şəxsləri müdafiə etməklə öz maraqlarını güdürlər".

Arzu Nağıyev: "Lazerevski klub erməni diasporasından maliyyələşir"

Deputat bildirib ki, Zatulin separatçı rəhbərlər Bako Saakyan və Arkadi Qukasyanı öz dostları kimi təqdim edərək onların cinayətlərini ört-basdır etməyə çalışır:

“Separatçı siyasətçiləri bir araya gətirən Lazarevski klub erməni diasporasından maliyyələşir. Lakin Azərbaycan tərəfindən məhkəmə qarşısına çıxarılan separatçıların cinayətləri artıq sübut olunmaqdadır. Buna baxmayaraq, Zatulin kimi siyasətçilər onları günahsız göstərməyə cəhd edirlər".

Komitə sədri vurğulayıb ki, Zatulinin məqsədi Azərbaycan və Ermənistan arasında sülh sazişinə mane olmaqdır:

 “Onun fəaliyyəti yalnız problemləri qabardaraq vəziyyəti mürəkkəbləşdirməkdən ibarətdir. Lakin həm Ermənistan rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət onun mövqeyinə lazımi cavabı verir. Əsas məsələ odur ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin apardığı müstəqil siyasət Zatulinin maraqlarına uyğun gəlmir və onun bu cəhdləri uğursuzluğa məhkumdur".

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Fevral 2025