• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Zakir Həsənov: Ötən il ehtiyatda olan 10 mindən çox hərbi qulluqçu toplanışlara cəlb edilib

SİYASƏT

24 Fevral 2025 | 11:04

Zakir Həsənov: Ötən il ehtiyatda olan 10 mindən çox hərbi qulluqçu toplanışlara cəlb edilib

2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.

O bildirib ki, ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025