• Bakı C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Fidanla Rubio Bakı-İrəvan sülhünü müzakirə etdilər- YENİLƏNİB

SİYASƏT

26 Mart 2025 | 09:00

Fidanla Rubio Bakı-İrəvan sülhünü müzakirə etdilər- YENİLƏNİB

ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu ölkənin Dövlət katibi Marko Rubio arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, nazirlər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıb, bu ölkədə sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyəti ifadə ediblər.

Digər tərəfdən Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb.

Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq səyləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunub.

Vurğulanıb ki, Ankara Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Həmçinin, Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

***

00:39

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-də səfərdədir. 

Bakıvaxtı.az xəbər verir ki,  o, Vaşiqtonda ABŞ Dövlət katibi Marko Rubio görüşüb. 


SON XƏBƏRLƏR

25 Mart 2025