• Bakı 16° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Sülh istiqamətində fikri müsbətə doğru dəyişə bilər

SİYASƏT

24 Aprel 2025 | 16:48

Sülh istiqamətində fikri müsbətə doğru dəyişə bilər

Cənubi Qafqaz regionunda sabitlik üçün rəsmi Bakının davamlı səylərinin cavabı hələ də qeyri-konstruktiv addımlardır.

Rəsmi İrəvanın bu addımlarının arxasında isə xarici havadarlarının, xüsusən də Fransanın dayanması artıq heç kəsdə şübhə doğurmur. Məzh bunun nəticəsidir ki, regional sülhə gedən yolda ATƏT-in fəaliyyətsiz Minsk qrupu üzərindən yeni senarilərin formalaşdırılacağı fikirləri aktuallaşıb. Təhlillər göstərir ki, rəsmi Paris Minsk qrupunu buraxmaması üçün hər cür vəchlə Ermənistanı manipulyasiya edir. Analitiklər yeni senari taktikasının ilk belə hal olmadığını vurğulayırlar.

Politoloq İlyas Hüseynov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, hazırda Fransa Cənubi Qafqazda öz maraqlarını implementasiya etmək istəyir.

Ekspert qeyd edib ki, Fransa Ermənistan vasitəsi ilə Cənubi Qafqaza nüfuz etməyə çalışır:

"Ermənistanı silahlandırır və revanşist qüvvələri ayağa qaldırır. ATƏT-in Minsk qrupu ilə bağlı müzakirələr aparılacaqsa, şübhəsiz ki, Fransa tərəfi buna qarşı çıxacaq. Bütün müraciətlər fiaskoya uğraya bilər. Amma bu cəhdi həyata keçirməyin özü kifayət qədər önəmlidir”.

Müsahibimiz hesab edir ki,  Fransanın mövqeyi zamanla yumşala da bilər. Sülh istiqamətində fikri müsbətə doğru dəyişə bilər. Ona görə də prosesi həmin nöqtəyə qədər aparmaq lazımdır.

İlyas Hüseynov: Fransa erməni revanşistləri ayağa qaldırır

İ.Hüseynov bildirib ki, ATƏT-in Minsk qrupunun buraxılmaması üçün hazırda regionda tutarlı bir arqument mövcud deyil. İrəvan rəhbərliyinin sülh gündəliyi ilə bağlı prosesləri rəsmi Parislə əlaqələndirməsi qəbuledilməzdir. Bu, sülhdən yayınmaq cəhdidir:

“Odur ki, Ermənistanda sülh sazişini imzalamağa hazır olduqları fikrini səsləndirmələri, ancaq bunun fonunda Bakının şərtlərini icra etməmələri ictimai rəyi manipulyasiya etmək və Azərbaycanla bağlı neqativ fikir formalaşdırmağa hesablanıb", - deyə İlyas Hüseynov bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR