• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Armudu stəkanda çay, limon və “İstisu”... - Foto

SİYASƏT

24 Aprel 2025 | 15:14

Armudu stəkanda çay, limon və “İstisu”... - Foto

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, müsahibə zamanı Prezidentin əyləşdiyi kreslonun yanında qoyulmuş masadakı çay, su və limon diqqət çəkib.

Belə ki, dövlət başçısının istifadəsi üçün mineral suyun işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal edilən “İstisu” brendinin seçilməsi, çayın armudu stəkana süzülməsi, limonun isə bütöv halda qoyulması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bir çoxu bu seçimin simvolik mənalar ifadə etdiyini bildiriblər.


SON XƏBƏRLƏR