• Bakı 15° C

    10.98 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Çin sərhədlərarası ticarətin inkişafı proqramına start verib

DÜNYA

24 Aprel 2025 | 15:44

Çin sərhədlərarası ticarətin inkişafı proqramına start verib

Çin hakimiyyəti ABŞ Prezidenti Donald Trampın tarifləri artırmasına cavab olaraq, ticarətin təşviqi üçün genişmiqyaslı ümumumilli sərhədlərarası aksiyaya başlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen bildirib.

"ABŞ-nin bu yaxınlarda ölkəmizdən idxal tariflərini artırması ilə əlaqədar yaranan yeni vəziyyətə birbaşa nəzər salmaq, mövcud problemləri nəzərə alaraq qoyulmuş hədəflərə riayət etmək, bir çox müəssisələrin ehtiyaclarına diqqət yetirmək lazımdır", - o vurğulayıb.

H.Lifen digər ölkələrlə əlaqələrin möhkəmləndirilməsi, birgə qəbul edilmiş qaydalara uyğun olaraq əməkdaşlığın təşviqi, ticari-iqtisadi əməkdaşlıq və humanitar mübadilələrin optimallaşdırılması, dostların əhatə dairəsinin genişləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirib.

O, həmçinin gömrük fəaliyyətində ağıllı texnologiyaların tətbiqinin zəruriliyini qeyd edib.


SON XƏBƏRLƏR