• Bakı 13° C

    1.99 m/s

Türkiyə və Rusiya arasında məsləhətləşmələr keçiriləcək

DÜNYA

24 Aprel 2025 | 15:37

Türkiyə və Rusiya arasında məsləhətləşmələr keçiriləcək

Sabah İstanbulda Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində Yaxın Şərq məsləhətləşmələri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən mənbələr bildirib.

    Məsləhətləşmələrdə Türkiyə tərəfini Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfini isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək.

    Yılmaz və Boqdanovun regional məsələlər, xüsusilə Suriya və Fələstin ətrafında geniş fikir mübadiləsi aparacağı gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Oktyabr 2026