• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Mikroavtobus qəzasında xəsarət alanların SON DURUMU

HADİSƏ

24 Aprel 2025 | 15:00

Mikroavtobus qəzasında xəsarət alanların SON DURUMU

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.04.2025-ci il tarixində saat 08:00 radələrində Lerik rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər (1-i qadın, 1-i kişi cinsli olmaqla) Masallı Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər (qadın cinsli) Yardımlı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Yardımlı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan şəxsin isə (qadın cinsli) bütün tədbirlərin göstərilməsinə baxmayaraq, saat 09:25 radələrində ölüm faktı qeydə alınıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026