Pakistan hava məkanını Hindistana bağlamaq qərarına gəlib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, müvafiq qərar Pakistan Milli Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə qəbul edilib.
Bildirilib ki, Pakistanın hava məkanı bütün Hindistan və ya Hindistana məxsus aviaşirkətlər üçün dərhal bağlanacaq. Pakistan həmçinin Vagah keçid məntəqəsini bağlayır.
"The New York Times" ekspertlərinə görə, Hindistan və Pakistan arasında münasibətlərin gərginləşməsi yeni silahlı münaqişəyə çevrilə bilər.
Gülşən Şərif