• Bakı 16° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Hərbçilərimiz “KURTARAN-2025” təlimlərinə qatılacaq

GÜNDƏM

24 Aprel 2025 | 18:21

Hərbçilərimiz “KURTARAN-2025” təlimlərinə qatılacaq

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.

Təlimlər zamanı həmçinin “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.

Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.


SON XƏBƏRLƏR