• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Avropada Tesla satışları birinci rübdə kəskin azalıb

DÜNYA

24 Aprel 2025 | 17:15 | Müəllif: Əli Hüseynov

Avropada Tesla satışları birinci rübdə kəskin azalıb

Avropa İttifaqı ölkələrində Tesla markalı avtomobil satışları ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası yanvar-mart ayları üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb.

Belə ki, keçən ilin mart ayında 28 463 olan Tesla satışları bu ilin eyni dövründə 36 faiz azalaraq 18 224-ə düşüb.

Markanın Aİ-də ümumi yeni avtomobil satışlarında payı da mart ayında 2,8 faizdən 1,8 faizə düşüb. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR