• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

AZAL iki kurort şəhərinə uçuşlara başlayır

CƏMİYYƏT

24 Aprel 2025 | 15:17

AZAL iki kurort şəhərinə uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay uçuş cədvəli çərçivəsində sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. Aviaşirkət 28 aprel tarixindən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək: Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri.

    AZAL ilə dəniz sahillərində yerləşən Tivat və Batumiyə səyahət edərək yay istirahətinizi daha yaddaqalan, unudulmaz bir təcrübəyə çevirin.

    Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.


    SON XƏBƏRLƏR