Dünyada hər il yüz minlərlə insan ağcaqanadlar tərəfindən ötürülən malyariya səbəbindən ölür.
Bakıvaxtı.az bu barədə xarici medianın araşdırmasına istinadən xəbər verir.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı 25 Aprel Ümumdünya Malyariya Günü üçün cari məlumatlar tərtib edib.
ÜST-nin ötən ilin dekabrında dərc etdiyi "2024-cü il Dünya Malyariya Hesabatı”na əsasən, 2023-cü ildə dünyada 263 milyon malyariya hadisəsi aşkar edilib və 597 min insan xəstəlik səbəbindən həyatını itirib.
Əli Hüseynov