• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Hindistan Pakistan vətəndaşları üçün vizanı ləğv etdi

DÜNYA

24 Aprel 2025 | 16:09

Hindistan Pakistan vətəndaşları üçün vizanı ləğv etdi

Hindistan hökuməti Pakistan vətəndaşları üçün viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin internet saytında edilən açıqlamada mövzu ilə bağlı yeni məlumatlar paylaşılıb.

Açıqlamada bildirilir ki, Pahalqam hücumundan sonra Pakistan vətəndaşları üçün viza xidmətləri dayandırılıb. 

Qeyd edilib ki, Pakistan vətəndaşlarına verilən mövcud vizalar aprelin 27-dən etibarən ləğv edilib, tibbi məqsədli vizalar isə aprelin 29-dək qüvvədə olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR