Dünya Bankının Azərbaycan üçün ilk kreditinin ayrılmasından 30 il ötür.
Bakıvaxtı.az bu barədə Banka istinadən xəbər verir. Qeyd edilib ki, Dünya Bankının Neft Sektoruna Texniki Yardım Layihəsi ölkənin neft sektoruna xarici investisiyaların təşviq olunması üçün məsləhət xidmətlərini maliyyələşdirib və ayrılan vəsaitin həcmi 20,8 mln. dollar təşkil edib. Bura qanunverici bazanın təkmillləşdirilməsi və neft sənayesində çoxsaylı problemlərin həllinə dəstək daxil olub.
Qeyd edək ki, bu günədək Dünya Bankı Azərbaycana 50-dən çox layihə üçün 4,5 milyard dollardan artıq məbləğdə maliyyələşdirmə ayırıb.