“Rusiya və Ukrayna ilə dərin müzakirələr aparırıq və deyərdim ki, yaxşı gedir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ukrayna danışıqları ilə bağlı danışarkən bildirib.
Tramp vurğulayıb ki, Ukrayna məsələsində çox irəliləyiş əldə edilib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna dənizdə atəşkəs əldə etməyə hazırlaşır:
“Rusiya və Ukrayna dənizdə atəşkəs əldə edəcəklər. Atəşkəsin monitorinqi prosesinə digər ölkələr də cəlb olunacaq”.
Tramp əlavə edib ki, ABŞ Rusiyanın sanksiyaların yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxacaq.