• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Abbas Əraqçi: İrəvan və Bakı arasında tezliklə sülh sazişinin imzalanacağına ümid edirik

SİYASƏT

25 Mart 2025 | 15:27

Abbas Əraqçi: İrəvan və Bakı arasında tezliklə sülh sazişinin imzalanacağına ümid edirik

İran Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri (XİN) Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə bildirib.

"İran İslam Respublikası Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsi bağlamağa çağırır. Sülh və sabitliyə töhfə verməyə hazırıq", - o qeyd edib.

A.Əraqçi vurğulayıb ki, Cənubi Qafqaz regionunun bütün problemləri güc tətbiq etmədən, diplomatiya yolu ilə həll edilməlidir: "Bu, Tehranın sabit mövqeyidir".


SON XƏBƏRLƏR

25 Mart 2025