Dövlət mediasının yayımladığı görüntülərə əsasən, ABŞ prezidenti Donald Trampın ölkənin enerji infrastrukturunu hədəfə almaqla hədələməsindən sonra İranda elektrik stansiyalarının ətrafında insan zəncirləri qurulub.
Bakıvaxtı.az “LeFigaro.fr”-ə istinadən xəbər verir ki, Tramp Hörmüz boğazının yenidən açılması ilə bağlı Tehranla razılaşma əldə etmək üçün vaxt verib.
Məlumata görə, İran ərazisinə bir neçə zərbə endirilib. Yerli hakimiyyət iki körpünün vurulduğunu açıqlayıb. Mehr agentliyi hücumların həmçinin İran neft sənayesi üçün strateji əhəmiyyət daşıyan Xarq adasını hədəfə aldığını bildirir. ABŞ mediası isə iddia edir ki, yalnız hərbi obyektlər vurulub.
İran parlamentinin spikeri, müharibənin əvvəlində ali lider Əli Xameneinin ölümündən sonra bəziləri tərəfindən ölkənin faktiki rəhbəri sayılan Məhəmməd Bağır Qalibaf insan zəncirlərinin qeydiyyat sistemindən görüntü paylaşaraq öz adını qeydiyyatdan keçirdiyini bildirib və əlavə edib:
“Məhəmməd Bağır Qalibaf İran üçün canını fəda etməyə hazırdır”.
Aydın Baxış
Bakı 




