• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tiktokerin videogörüntüləri ilə bağlı müəmma...

CƏMİYYƏT

07 Aprel 2026 | 22:48 | Müəllif: Subhan Mahmudov

Tiktokerin videogörüntüləri ilə bağlı müəmma...

"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə düşüb.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə baş tutacaqdı.

Prosesin təxirə salınmasına təqsirləndirilən şəxsin vəkilinin məhkəməyə təqdim etdiyi videogöruntülərlə bağlı ekspertizanın yekun rəyinin məhkəməyə daxil olmaması səbəb göstərilib.

Bununla yanaşı, cinayət işindəki dövlət ittihamçısı dəyişdirilərək, işə yeni prokuror kimi Elvin Mirzəyev qoşulub.

Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026