• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Bu dəli prezidenti cilovlamağa çağırıram”

DÜNYA

07 Aprel 2026 | 20:40 | Müəllif: Subhan Mahmudov

“Bu dəli prezidenti cilovlamağa çağırıram”

ABŞ Konqresinin üzvü Ceyms MakQovern Prezident Donald Trampın İrana qarşı səsləndirdiyi son təhdidləri “qanunsuz” və “müharibə cinayəti” adlandıraraq kəskin reaksiya göstərib.

Bakıvaxtı.az xəbər verir ki, konqresmen bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

O, prezidentin “bütöv bir sivilizasiyanı məhv etmək” barədə xəbərdarlığını soyqırımı hədəsi kimi qiymətləndirib:

“Bu, tamamilə şərdir. Amerika Birləşmiş Ştatları Prezidentinin soyqırımına bərabər olan müharibə cinayətləri törətməklə hədələməsi həm federal, həm də beynəlxalq qanunlara görə qanunsuzdur”.

Konqresmen həmçinin ABŞ ordusuna xatırlatma edərək bildirib ki, hərbçilər prezidentə deyil, Konstitusiyaya and içiblər:

“Birləşmiş Qərargah Rəisləri hüquqa zidd “hər hansı bir əmrə” tabe olmaq məcburiyyətində deyillər. Nümayəndələr Palatasının spikeri Mayk Consonu dərhal Konqresi toplamağa və bu dəli prezidenti cilovlamağa çağırıram”.

Xatırladaq ki, aprelin 7-də Donald Tramp İranla bağlı növbəti qalmaqallı bəyanatla çıxış edib. O, aprelin 8-nə keçən gecə ABŞ-nin  “bütöv bir sivilizasiyanı” yer üzündən silə biləcəyini demişdi./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026