• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Paşinyan və Əraqçi Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər - YENİLƏNİB

SİYASƏT

25 Mart 2025 | 18:32

Paşinyan və Əraqçi Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyanla İranın xarici işlər naziri Abbas Əraqçi İrəvan və Tehran arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Bakıvaxtı.az  bu barədə Ermənistan hökumətinin məlumatına istinadən xəbər verir.

Baş nazir görüşdə qeyd edib ki, Ermənistan və İran arasında münasibətlər təbii maraqlara əsaslanır.

A.Əraqçi, öz növbəsində bildirib ki, iki ölkə arasında münasibətlər strateji əhəmiyyət daşıyır.

"Həmsöhbətlər Ermənistan və İran arasında iqtisadi sahədə, o cümlədən infrastruktur və energetika sahəsində yeni layihələrin həyata keçirilməsinə toxunublar", - məlumatda qeyd olunub.

Bundan əlavə, N.Paşinyan və A.Əraqçi görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sülh sazişinin imzalanması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

***

15:41

Ermənistanın baş naziri Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, baş nazir və XİN başçısı ikitərəfli münasibətləri, habelə regional və qlobal məsələləri müzakirə ediblər.

Qeyd edək ki, iranlı nazir martın 24-25-də Ermənistanda səfərdədir. O, Nikol Paşinyandan əvvəl ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb, birgə brifinq keçirib.


SON XƏBƏRLƏR

25 Mart 2025