• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Urmiyada etiraz dalğası!- “İran bölgəni kürdləşdirir” - Gizlinlər açılır...

SİYASƏT

25 Mart 2025 | 12:26

Urmiyada etiraz dalğası! - “İran bölgəni kürdləşdirir” - Gizlinlər açılır...

“İran Azərbaycanın cənub hissəsini 4 istiqamətə bölüb. Həmin Ostanlarda yaşayan azərbaycanlıları perik salmaq siyasətinə baş vurur”.

Bunu Bakıvaxtı.az-a Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Güney Azərbaycanın Urmiya şəhərindəki etiraz aksiyalarına münasibət bildirərkən  söyləyib. Ekspert qeyd edib ki, daha çox 44 günlük Qarabağ savaşının yaratmış olduğu vəziyyətdən sonra  İran tərəfi aqressivləşib:

“Çünki Vətən savaşı oradakı ictimai və milli fikrə böyük təsir göstərib. Bu qələbə bir nümunə, model yaratdı. Oradakı soydaşlarımız üçün böyük bir motivasiya mənbəyinə çevrildi və milli çağırışları artırdı. Milli cəhdlərin yüksəlməsi nəticəsində görürük ki, rəsmi Tehran getdikcə aqressivləşdi. 1979-cu il inqilabından sonra isə İran həm Azərbaycanla sərhəd bölgələrində, həm də Türkiyə ilə sərhəd İran zonasında (bu ərazilər Azərbaycan əraziləridir) etniklərin köçünü təşkil etdilər. Son günlər baş verən proses Qərbi Azərbaycan Ostanında əsas böyük şəhər sayılan Urmiya ətrafında yaşanır. Burada da prosesin dozasını artırıblar. İraqdan, o cümlədən Suriyadan kürdləri ora gətiriblər”.

Ə.Əlibəyli onu da əlavə edib ki, İran yuxarıda sözügedən bölgəni kürdləşdirir:

“Orada guya Novruz bayramı üzərindən tədbir keçirməklə, mitinqlər təşkil etməklə kürd milli geyimdə milli adət-ənənələrin qabardılması fonunda bölgənin kürd bölgəsi olaraq, təqdimatına yönəlmiş addımların şahidi oluruq. Bölgənin separatizmə qurban verilməsi nəticəsində Türkiyə ilə sərhəd bölgə arasında problemli zona yaratmağa cəhd göstərir. İranın PKK-nın qolu olan PJAK-nı necə yaratdığını unutmamışıq. Yeri gəlikdə də ondan Türkiyə əleyhinə istifadə edirlər. Buna qarşı olaraq Güney Azərbaycan fəalları böyük bir hərəkat yaratdılar. Bu, İran üçün həcminə və yaratdığı rezonansa görə, böyük bir siqnal olmalıdır. İran tərəfi test olundu. Bu, Azərbaycan tərəfi və ictimaiyyəti üçün də bir testdir ki, biz informasiya dəstəyindən başqa nə cür davaranışlar sərgiləyə bilərik. Məlum hadisə o bölgənin azərbaycanlı əhalisi üçün də nəhayət bəzi təcrübələr qazandırmalıdır. Düşünürəm ki, bütün hallarda proses artıq başlayıb, onun dəstəyi, coğrafiyası və sosial bazası var. Baş verən proseslər İran hakimiyyətinin apardığı qeyri-milli siyasətin nəticəsi olaraq, rəsmi Tehrana ciddi problemlər yaradacaq”.

Qeyd edək ki, 22 mart 2025-ci il tarixində Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları geniş vüsət alıb. Şəhərin türkdilli əhalisi-Azərbaycan türkləri Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazlarını bildiriblər.

Aydın Baxış


SON XƏBƏRLƏR

25 Mart 2025