“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması, onun ilk dəfə olaraq Rusiyanın orbitində olan təşkilatdan imtinası anlamına gəlir. Bu, Moskva ilə İrəvan arasında onsuzda kövrək olan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər”.
Bunu Bakıvaxtı.az-a politoloq Zeynal Əmrəliyev “Ermənistan parlamentinin spikeri Alen Simonyanın “KTMT özü baxmalıdır ki, görsün o ümumiyyətlə mövcuddur ya yox” fikrini şərh edərkən deyib. Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan hakimiyyətinin CO Bayden administrasiya ilə strateji əməkdşalıq haqqında müqavilə imzalamasına rəğmən Donald Tramp hakimiyyətə gəldikdən sonra Ermənistana diqqət yetirmədiyinin şahidi oluruq:
“Bu yaxınlarda Ermənistanın baş naziri Nilol Paşinyan iki ölkə -Rusiya və Ermənistan arasındakı münasibətlərin normlaşdırılması istiqamətində tapşırıq vermişdi. Ancaq KTMT-dən çıxmaq bu münasibətləri mürəkkəbləşdirə bilər. Eyni zamanda Ermənistanın Avrasiya İqtisadi Birliyindəın çıxarılması ilə də nəticələnər ki, bu da İrəvan üçün yaxşı heç nə vəd etmir. Yəni bu, Ermənistan iqtisadi cəhətdən problemlərlə üzləşməsi deməkdir. Son zamanlar Ermənistan və Rusiyanın qarşılıqlı ticarət dövriyyəsi 16 milyard dollara yaxınlaşıb. Bu da Ermənistan kimi iqtisadiyyatı kiçik olan bir ölkə üçün kifayət qədər böyük rəqəmdir. Həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə geniş iqtisadi əlaqələri mövcuddur. Onun Avrasiya İqtisadi Birliyindən çıxarılması iqtisadi və siyasi “qan” itirməsinə yol aça bilər”.
Ermənistanda Rusiyanın hərbi bazasının olduğunu xatırladan ekspert diqqətə çatdırıb ki, kifayət qədər ciddi hərbi contingentdən söhbət gedir:
“Ermənistan ordusu daxilində Rusiyaya bağlı olan qrup mövcuddur, bu qrup ali zabit heyətində yer alır. Yəni generallardan ibarət heyətdir. Bu zabitlərin Rusiyaya bağlılığı şübhə doğurmur. Bu, Paşinyan hökuməti üçün ciddi bir təhlükədir. Ermənistanın KTMT-dən çıxması Ermənistanın özü üçün və Paşniyan hökuməti üçün ciddi problemlər yarada bilər. Ermənistanın KTMT-dən çıxması məsələsi kəskinləşərsə, Ermənistan daxilində hərbi təxribatın baş verməsi istisna deyil. Rəsmi Moskva bu yolla İrəvanı cəzalandıra bilər”.
Qeyd edək ki, Ermənistanın KTMT-dəki aqibətinə aydınlıq gətirilib. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətdə öz mövqeyini yenidən nəzərdən keçirmək niyyətində deyil. Bakıvaxtı.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. “KTMT ilə bağlı nəyi nəzərdən keçirməliyik ki?! Əslində KTMT özü baxmalıdır ki, görsün o ümumiyyətlə mövcuddur ya yox. Əgər mövcuddursa, onun sərhədlərinin hardan keçdiyini və nə etməli olduğunu, nələri isə etmədiyini bəyan etməlidir”, - Simonyan vurğulayıb. O həmçinin, baş nazir Nikol Paşinyanın tapşırığı ilə ölkə qurumlarının Rusiya tərəfdaşları ilə əməkdaşlığı fəallaşdırmağa başladığı barədə yayılan məlumatları təkzib edib.
Aydın Baxış